əfşar Sadiq Bəy. şeirləri

E-Book Overview

(Transfoneliterasiya və fotofaksimile). — Bakı: Nurlan, 2010. — 71+15 s.
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 2 dekabr 2009-cu il tarixli 11 №-li iclasının qərarı ilə nəşr edilir.

E-Book Content

SADİQ BƏY ƏFŞAR ŞEİRLƏR BAKI - 2010 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU SADİQ BƏY ƏFŞAR ŞEİRLƏR (TRANSFONELİTERASİYA VƏ FOTOFAKSİMİLE) 1 BAKI – NURLAN – 2010 Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 2 dekabr 2009-cu il tarixli 11 №-li iclasının qərarı ilə nəşr edilir. Nəşrə hazırlayan: PAŞA KƏRIMOV, filologiya elmləri namizədi Redaktoru: ARIF RAMAZANOV Kompyuter icraçısı: NƏZAKƏT ARIF QIZI Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010, 71+15 s. 2 SADİQ BƏY ƏFŞAR VƏ ONUN TÜRKDİLLİ LİRİKASI XVI əsrin ikinci yarısı – XVII əsrin əvvəllərində yaşayıb yaratmış Sadiq bəy Əfşar dövrünün hərtərəfli istedada malik zəngin bilikli ziyalısı, görkəmli alim, şair və rəssam kimi mədəniyyət tariximizə düşmüşdür. Müxtəlif mənbələrdə adı Sadiq bəy Sadiqi və Sadiqi Kitabdar kimi də qeyd edilən şair əslən I Şah İsmayıl hakimiyyətə gəldiyi zaman Şamdan öz arzusu ilə ona qoşulmağa gələn Xudabəndəlü adlı türk-oğuz elinə mənsubdur. Tədqiqatçılar göstərirlər ki, Xudabəndəlü, Bəydili və İnallu obaları birlikdə Şamlu boyunu təşkil etmişlər (9,s.21). Sadiq bəy külliyyatının əvvəllərində özünün mənşəyi haqqında yazır: «Mən həqir Xudabəndəlü adı ilə məşhurlaşmış və tanınmış türk tayfasındanam. Onlar ədalətli şahın ölkə tutmağa və dünyanı almağa başladığı ilk günlərdə tabelik bildirmək və yardım etmək üçün Şam diyarından aləmin sığındığı dərgaha üz qoymuşlar» (9,s.20). Türkcə qitəsində şairin özünü «şamlu fəqiri» (3,s.917) adlandırması bir daha Xudabəntəlü elinin Şamlu boyunun tərkibinə daxil olduğunu sübut edir. Müxtəlif mənbələrə istinad edən tədqiqatçılar 77 il ömür sürmüş şairin h.940-cı (m.1533) ildə Təbrizin Vercü (Vərci) məhəlləsində anadan olub, h.1017-ci (m.16091610) ildə İsfahanda vəfat etdiyini təsdiq edirlər. 20 yaşında atasını itirən şair dərvişlərə qoşularaq dünyanın müxtəlif yerlərinə səyahət etmiş, Təbriz, 3 Qəzvin və İsfahandan başqa Yəzd, Gilan, Lahican, Əbərkuh, Astarabad, Həmədan, Bağdad, Ətəbat (Nəcəf və Kərbəla) və Hələbdə olmuş, macəralı bir gənclik həyatı yaşamışdır. Qızılbaş sərkərdələrindən olan Əmir xan Mosullu Sadiq bəyi öz yanına dəvət edərək onun sərgərdan həyatına son qoymuşdur. Bundan sonra S.Əfşar öz biliyini artırmış, müxtəlif sahələrdə ciddi çalışmağa başlamışdır. Əmir xan Mosulludan sonra Sadiqi bir müddət İsgəndər xan və Bədir xan Əfşarın yanında xidmətdə olur. Gənc yaşlarından gərgin əməyi, zəhməti, istedadı sayəsində elmin, sənətin bir sıra növlərini mükəmməl öyrənən Sadiqinin şöhrəti qısa müddətdə bütün ölkəyə yayılır. Sadiq bəyin müasiri olan Qazi Əhməd Qumi xəttatlar və rəssamlar haqqında risaləsində onun istedadı barədə yazır: «Rəssamlıq sənətində onun tayı-bərabəri yoxdur, indi ona şahın kitabdarı vəzifəsi tapşırılmışdır. Yaxşı şeirlər yazır, onun çoxlu qəsidə, qitə, qəzəl və rübaisi vardır. Təsviri sənətdə öz fırçasının ecazkar gücü ilə insanı heyran edir. Cəsurluqda dövrünün igidlərindən heç də geri qalmır» (6,s.16). Məhəmməd Tahir Nəsrabadi təzkirəsində Sadiq bəyin cəsur və mərd bir insan olduğunu göstərir, rəsm əsərlərinin şöhrətinin Hindistana gedib çatdığını bildirir» (12,s.56). Sadiqinin tərcümeyi-halındakı ən əlamətdar hadisələrdən biri müxtəlif sahələrdə, o cümlədən, rəssamlıq və xəttatlıqda istedadı nəzərə alınaraq onun saray kitabxanasına rəhbər təyin edilməsidir. Görkəmli ədəbiyyatşünas alim Məhəmmədəli Tərbiyət Sadiq bəyin II Şah İsmayıl zamanında (1576-1577) k
You might also like

Scientific American (february 2004)
Authors: Scientific American    217    0




избранные сочинения по естествознанию
Authors: Иоганн Вольфганг Гёте    177    0




поймайте мне колобуса
Authors: Джеральд Даррелл    219    0



как написать гениальный роман
Authors: Джеймс Н. Фрэй    215    0



   126    0