E-Book Overview
Bakı, Azərnəşr. 1994. - 248 səh. ISBN 5-552-01387- 5
Belə əsər müəlliflərindən biri də Qiyasəddin Qeybullayevdir. Oxuculara təqdim etdiyimiz bu kitabın müəllifi tarix- etnoqrafiya və toponimika sahəsində çoxlu elmi məqalələri və dörd sanballı monoqrafiyası ilə elmi ictimaiyyətə və geniş oxucu auditoriyasına yaxşı tanış olan alimlərdən biridir. Eradan əvvəl, daha qədim dövrlərdə Azərbaycanda türk etnoslarının yaşaması ideyasından və alınmış elmi nətıcələrdən çıxış edən müəllif gərgin toponimik axtarışlar və araşdırmalar nəticəsində tamamilə yeni faktlar müəyyənləşdirmiş və bu səpkidə Azərbaycan xalqının etnik tarinin düzgün işıqlandırılmasına önəmli dəlillər vermişdir. Onun toponimik tədqiqatları bir daha sübut edir ki, Azərbaycan türkləri bu ölkənin qədim sakinləri olmuş və öz doğma yurdlarında dillərinə uyğun yer adları yaratmışlar.
E-Book Content
Qİ YA S Ə D D İ N Q E Y B U L LA Y E V
AZƏRBAYCAN TÜRKLƏRİNİN TƏŞƏKKÜLÜ TARİXİNDƏN
AZƏRBA YCA N DÖVLƏT NƏŞRİYYATI BAKI – 1994
1
Elmi redaktoru: Yusif Yusifov Nəşriyyat redaktoru: Tariyel Cahangir Rəssamı: Taleh Məlikov
Qiyasəddin Qeybullayev Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, Azərnəşr. 1994. 248 səh. Q 0503020907 – 29 M – 651 (07) – 94 BBK 9( S 42)
5 – 94
I S B N 5-552-01387- 5 AZƏRNƏŞR 1994
MÜNDƏ RİCAT Giriş---------------------------------------------------------------------------------- 7 I Fəsil.A zərbaycanlıların mənşəyi haqqında mövcüd konsepsiyası---------15 II Fəsil. Azərbaycan ərazisində ən qədim etnoslar--------------------------- 42 III Fəsil. Mannalar və Madaylar-------------------------- --------------------- 66 IV Fəsil. Kimmerlər, skiflər və saklar------------------- -------------------- 130 V Fəsil. Albanlar və Atropatenlilər---------------------- -------------------- 210 VI Fəsil. A zərbaycan dilinin təşəkkü lünə dair nəticə----------------------- 239
Bədii redaktoru R. Əzizova Texniki redaktoru Z. Nəcəfova Korrektorları Z. Məmmədova, E. Feyzullayeva
2
RED A K T O RDA N Azərbaycan xalq ının mənşəyi problemi əsrimizin 30- cu illərinin zillət li qeyri-milli siyasətilə yanlış bir istiqamətə yönəldildi. Aydındır ki, ―Azərbaycan xalq ı‖ deyiləndə, onunçoxsaylı türk d ilində danışan əhalisi nəzərdə tutulurdu. Həmin dövrün ortalarında bu xalqın mənşəyi problemi heçə endirild i, ―türk‖ və ―türk dili‖ sözləri ―azərbaycanlı‖ və ―Azərbaycan dili‖ sözləri ilə əvəz edildi.Azərbaycan türk xalqı və dili yer adını təmsil edən ümu mi məfhu m içində əridild i.Azərbaycan xalq ının yetkinləş məsi gedişində türk etnoslarının iştirakı tədqiqat obyekti kimi sönükləşdi,adda-budda eşidilən səslər isə siyasi yollarla kəsild i. M idiyalılar Azərbaycan xalqın ın əcdadları kimi qələmə verilməyə başlandı. 30-cu illərdə xarici elmi ədəbiyyatda midiyalıların mənşəyi barədə iki fikir mövcud idi. Bir fikrə görə onlar İran (fars) dillərinin birində, digər fikrə görə yerli qədim dillərin birində,yaxud elam dilinə yaxın bir dildə danışırdılar.Sovet və Azərbaycan elmində ikinci müddəa üstünlük təşkil edirdi. Lakin 60-cı illərdə bu müddəanı birinci fikir, yəni midiyalıların irandilli olması fikri üstələdi. Azərbaycan xalq ının mənşəyi problemi dolaşdırıldı, tədricən iran dilli etnoslar onun mənşəyində iştirak edən əsas etnik ko mponent kimi təbliğ ed ilməyə başlandı. Bu yalnış və subyektiv mülahizən i d iletant tərəfdarları (müstəqil tədqiqat işi aparmayan tərəfdarları) ço xaldı.Nəticədə hələ 20-ci illərdə İran, sonra Sovet tarixşünaslığında meydana gelmiş türk etnosların ın Azərbaycana XI-XII əsrlərdən etibarən gəlməsi ideyası yenidən baş qaldırdı. Bu əsassız ideyanı əbədiləşdirmək istəyən qüvvələr müəyyən siyasi məksəd güdürdülər: guya Azərbaycan türkləri bu əraziyə gəlmədilər. Bu minvalla Azərbaycanın şimal hissəsi qədimdə Dağıstan dili (ləzgi, udi-udin d illi) əhalin